Bu gündən ali məktəblər üçün sənəd qəbulu başlayır

Bu gündən ali məktəblər üçün sənəd qəbulu başlayır

12 May 2020 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlayır.

Oxuməni.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, onlayn şəkildə keçiriləcək proses 12 may-5 iyun tarixlərini əhatə edəcək.

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Oxuməni.az