Məktəbli geyimləri dəyişdirilir: Qiymət bahalaşacaq?

Məktəbli geyimləri dəyişdirilir: Qiymət bahalaşacaq?

9 İyul 16:45
214
Bəyəndim (0) Bəyənmədim (0)

Şagirdlərin geyim formalarının təsvirini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Layihə təsdiqləndikdən sonra məktəblilərin geyim formaları yeni tədris ilindən dəyişdiriləcək. Lakin məktəbli geyimlərinin qiymətinin nə cür tənzimlənəcəyi ilə bağlı valideynlər narahatdırlar.

Bu barədə Mediainfo.az-a Təhsil Nazirliyinin Mətbuat xidməti tərəfindən verilən açıqlamada qeyd olunub:

“Geyim təsvirləri ötən ilin əvvəlində ictimai müzakirəyə çıxarılanda valideynlər də fikir və təkliflərini bildiriblər. Geyimlərin qiyməti seçilmiş materialdan, eləcə də geyimin modelindən asılı olacaq. Bunu nəzərə alaraq təsvirlərin kifayət qədər sadə, lakin funksional olmasına diqqət yetirilib”.

Qeyd edək ki, layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.