İngiltərənin "Liverpul" kubu antirekorda imza atıb

İngiltərənin "Liverpul" kubu antirekorda imza atıb

5 Mart 2021 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin “Liverpul” klubu antirekorda imza atıb.

Oxuməni.az-ın məlumatına görə, Yurgen Kloppun yetirmələri ardıcıl 5 ev məğlubiyyəti alıb.

Bu, klub tarixində ilk belə hadisədir. “Liverpul”un antirekordu “Çelsi” ilə görüşdə rəsmiləşib.

Premyer Liqanın XXIX turunda liverpullular 0:1 hesabı ilə uduzub. Bunadək Kloppun komandası “Bernli” və “Brayton”a 0:1, “Mançester Siti”yə 1:4, “Everton”a 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Liverpul” ardıcıl 5 ev məğlubiyyəti alan ilk çempiondur.