Ronaldo "Portu" ilə oyuna görə tənqid olunub

Ronaldo "Portu" ilə oyuna görə tənqid olunub

18 Fevral 15:56
187
Bəyəndim (0) Bəyənmədim (0)

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında "Portu"ya 1:2 hesablı məğubiyyətdən sonra əsas tənqid hədəfinə çevrilib.

Oxuməni.az xəbər verir ki, portuqaliyalı hücumçu İtaliya mətbuatında tənqid olunan Turin klubunun oyunçularının başında yer alıb. "La Gazetta Della Sport" nəşri hər matçın sonunda olduğu kimi bu görüşdə də futbolçuların çıxışını qiymətləndirib. "Yuventus"da uruqvaylı yarımmüdafiəçi Rodriqo Bentankur ən aşağı xalı (4) alıb. Ronaldo isə 4,5 xalla ən aşağı qiymət alan ikinci oyunçu olub. Turin təmsilçisinin yeganə qolunu vuran Federiko Kyeza (7) isə ən yüksək xal alıb.

Bundan başqa, veteran futbolçu Antonio Kassano da portuqaliyalı oyunçunu tənqid edib.O, Ronaldo ilə bağlı bunları deyib: "Ronaldo hər oyuna bir qol vurur, amma onun Pirlonun futbol fəlsəfəsini başa düşməsi üçün bu, çətin bir statistikadır. O, həmişə bir az eqoist davranıb. Başqasının qol vurması Kriştianonun vecinə deyil. Ronaldo qol vurmaq üçün yaşayan oyunçudur. O, qələbə qazanmaq üçün yox, qol vurmağa görə yaşayır. Bu, vəziyyəti daha da pisləşdirir. Hər kəs üçün zaman keçir və hamını çətin vəziyyətdə qoyur".

Qeyd edək ki, Ronaldo "Portu" ilə görüşdə heç nə ilə yadda qalmayıb.

Oxuməni.az