Zinəddin Zidan “Yuventus“a keçə bilər

Zinəddin Zidan “Yuventus“a keçə bilər

18 Fevral 11:38
208
Bəyəndim (0) Bəyənmədim (0)

"Yuventus" "Real"ın baş məşqçisi Zinəddin Zidanla əlaqə saxlayır.

Oxuməni.az xəbər verir ki, Turin təmsilçisi fransalı mütəxəssis "Real"dan ayrılacağı təqdirdə, onun karyerasını davam etdirməsi üçün "Yuventus"un ən yaxşı seçim olacağını düşünür. Bildirilib ki, daha əvvəl A seriyası təmsilçisinin prezidenti Andrea Anyelli və vitse-prezident Pavel Nedved mütəmadi olaraq fransızla ünsiyyət qurublar. Zidanın Madrid klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq, lakin komanda heç bir titul qazanmasa, o, bu mövsümün sonunda komandanı tərk edə bilər. 48 yaşlı çalışdırıcının İtaliyaya qayıtmaq üçün mümkün qərarında, "Yuventus"dakı keçmişi böyük rol oynaya bilər. Məşqçi gec-tez bu kluba rəhbərlik edəcəyinə əmindir.

Bundan əlavə, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo yenidən Zidanla işləmək istəyir.

Oxuməni.az