"Liverpul" yenə uduzub, "Mançester Siti" qalib gəlib

"Liverpul" yenə uduzub, "Mançester Siti" qalib gəlib

14 Fevral 09:02
428
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Premyer Liqasında XXIV tur başlayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, turun ilk günündə 4 matç baş tutub.

Çempionatın lideri “Mançester Siti” öz meydanında “Tottenhem”in qapısından üç cavabsız top keçirib. “Bernli” eyni hesabla “Kristal Pelas” üzərində səfər qələbəsi qazanıb. Son çempion “Liverpul” ardıcıl üçüncü məğlubiyyətini “Lester”lə görüşdə alıb. “Aston Villa” ilə “Brayton”un duelində qol vurulmayıb.

Qeyd edək ki, tura fevralın 15-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXIV tur
13 fevral
“Lester” – “Liverpul” – 3:1

Meddison, 78, Vardi, 81, Barnes, 85 – Salah, 67
“Kristal Pelas” – “Bernli” – 0:3
Qudmundsson, 4, Rodriges, 10, Louton, 47
“Mançester Siti” – “Tottenhem” – 3:0
Rodri, 23 (pen.), Gündoğan, 50, 60
“Brayton” – “Aston Villa” – 0:0