“Euro-2012” futbol çempionatının qalibləri “elan olundu”

“Euro-2012” futbol çempionatının qalibləri “elan olundu”

29 May 2012 11:41
Bəyəndim (0) Bəyənmədim (0)
Avstriya alimlərinin fikrincə, futbol üzrə builki Avropa çempionatında İspaniya I yerə, Almaniya II yerə, İngiltərə III yerə layiq görüləcək

İtaliyanın Corriere della Sera qəzetinin yaydığı məlumata görə, Avstriya alimləri proqnozlar verməkdə yeni bir qurğu icad ediblər. İnsbruk universitetinin yeni icadının gəldiyi nəticəyə görə, builki Avropa çempionatının finalında İspaniya Almaniyanı məğlub etməklə çempion olacaq. III yerə isə İngiltərə Niderlandı məğlub etməklə layiq görüləcək. Xatırladaq ki, bundan əvvəlki dünya və Avropa çempionatında da həmin qurğunun proqnozlarına əsasən, İspaniya çempion olmuşdu. İnsbruk universitetinin professoru Ahim Tsaylaysın fikrincə, ehtimal 25.8% təşkil edir. Onun bu fikrini Vyana maliyyə-iqtisad universitetinin alimləri də dəstəkləyirlər. Hər iki halda 23 aparıcı bukmeker kontorunun proqnozlarını əsas götürən "Buchmacher-Konsensus" təşkilatının yekun fikri əsas götürülür. Daha doğrusu, yeni qurğu daha çox həmin kontorların verdiyi proqnozları təhlil edib.

O.M.