Dastin Porye Konor Makqreqoru nokauta saldı

Dastin Porye Konor Makqreqoru nokauta saldı

24 Yanvar 14:44
374
Bəyəndim (0) Bəyənmədim (0)

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüş başa çatıb.

Oxuməni.az xəbər verir ki, Əbu-Dabidə keçirilən döyüşdə Dastin Porye qələbə qazanıb. Döyüş ikinci raundda texniki nokautla qurtarıb.

Bu, Makqreqorla Porenin ikinci qarşılaşmasıdır. Onlar altı il əvvəl də döyüşüblər, həmin vaxt irlandiyalı qələbə qazanıb. Makqreqor UFC-də 22 dəfə qələbə qazanıb, 5 dəfə məğlub olub. Porye 27 döyüşdən qalib ayrılıb, 6 dəfə məğlubiyyətlə üzləşib. Daha əvvəl bildirilib ki, karyerasını başa vurmuş Həbib Nurməhəmmədov Makqreqor-Porye döyüşünün qalibi ilə qarşılaşa bilər.