Azərbaycanın 10 güləşçisi Qran-pridə mübarizəyə başlayır

Azərbaycanın 10 güləşçisi Qran-pridə mübarizəyə başlayır

16 Yanvar 14:18
45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanın sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-pri turnirində mübarizəyə başlayır.

Oxuməni.az-ın məlumatına görə, yığmanı müxtəlif çəki dərəcələrində 10 güləşçi təmsil edəcək.

Olimpiya çempionu Şərif Şərifov (97 kq) 1-ci turda gürcüstanlı Givi Matçaraşvilinin müqavimətini qırmağa çalışacaq.

57 kq
1/8 final: Georgi Edişeraşvili – Tomas Gilman (ABŞ)
1/8 final: Mahir Əmiraslanov – Nils Leutert (İsveçrə)
1/4 final: İslam Bazarqanov – Niklas Steçele (Almaniya)/Razvan Kovaç (Rumıniya)

65 kq
1/8 final: Turan Bayramov – İlman Muxtarov (Fransa)

74 kq
1/8 final: Hacımurad Hacıyev – Mark Ditşe (İsveçrə)
1/8 final: Hacımurad Ömərov – Miçel Finesilver (İsrail)
1/8 final: Coşqun Əzimov – Joel Mayer (İsveçrə)

86 kq
1/4 final: Abubakr Abakarov – Məhəmməd Ramazanov (Rusiya)/Zahid Valensiya (ABŞ)

92 kq
1-ci tur: Osman Nurməhəmmədov – İrakli Mitsuri (Gürcüstan)

97 kq
1-ci tur: Şərif Şərifov – Givi Matçaraşvili (Gürcüstan)

Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Yanvarın 17-də yunan-Roma güləşçiləri yarışacaq.