"Borussiya" (M)  Bundesliqanın lideri "Bavariya"ya qalib gəlib

"Borussiya" (M) Bundesliqanın lideri "Bavariya"ya qalib gəlib

9 Yanvar 08:33
43
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Bundesliqasının 15-ci turunun növbəti qarşılaşması keçirilib.

Oxuməni.az xəbər verir ki, "Borussiya" (M) öz meydanında "Bavariya"ya 3:2 hesabı ilə qalib gəlib. Meydan sahibləri birinci hissədə öz qapılarından iki top buraxsalar da, sonda qələbə qazanıblar. Matçda hesabı 20-ci dəqiqədə Robert Levandovski açıb. Polşalı hücumçu penaltini dəqiq yerinə yetirib. Altı dəqiqə sonra Leon Qoreska cərimə zərbəsi ilə qonaqların hesabdakı üstünlüyünü ikiqat artırıb.

Lakin meydan sahibləri birinci hissədə bu qolların əvəzini çıxa biliblər. Matçın 35-ci dəqiqəsində Yonas Hofman komandasının ilk qolunu vurub. O, 45-ci dəqiqədə dubl edərək hesabdakı bərabərliyi təmin edib. İkinci hissənin əvvəllərində Florian Noyhaus komandasını hesabda irəli çıxarıb.

Hazırda "Bavariya" 33 xalla yarış cədvəlində birinci yerdədir. "Borussiya" isə (24 xal) yeddinci yerdə qərarlaşıb.