"Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə vəfat edib

"Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə vəfat edib

7 Yanvar 10:18
50
Bəyəndim (0) Bəyənmədim (0)

"Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə dünyasını dəyişib.

Oxuməni.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev mətbuata açıqlamasında bildirib.

Keçmiş hücumçu 72 yaşında Rusiyanın paytaxtı Moskvada qəflətən vəfat edib. Abdullayev Futbol Veteranları İttifaqı adından Rafiq Əlizadənin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Rafiq Əlizadə 1966 - 1972 və 1976 - 1982-ci illərdə "Neftçi"nin formasını geyinib. Əlizadə futzal sahəsində də özünü sınayıb. O, 1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub. O, həmçinin futzal üzrə SSRİ yığmasının heyətində 2 görüş keçirib.

Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi məşqçisi olub. Rafiq Əlizadəyə 2019-cu ilin sonundan etibarən AFFA İcraiyyə Komitəsinin qərarına əsasən assosasiya tərəfindən xüsusi təqaüd verilib.

Oxuməni.az