Argentinalı mütəxəssis Maurisio Poçettino "Real" Madridi çalışdıra bilər

Argentinalı mütəxəssis Maurisio Poçettino "Real" Madridi çalışdıra bilər

3 Dekabr 2020 14:34
393
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın "Real Madrid" klubunda baş məşqçi Zinəddin Zidanı əvəzləməyə əsas namizəd bəlli olub.

Oxuməni.az xəbər verir ki, bu, argentinalı mütəxəssis Maurisio Poçettinodur. Lakin "kral klubu" hələlik onunla danışıqlara başlamayıb.

Madrid təmsilçisinin rəhbərliyi komandanın sabiq futbolçusu Raul Qonsalesin də namizədliyini nəzərdən keçirir. Amma gənc məşqçinin dərhal əsas komanda ilə işə başlaması planlaşdırılmır.

Zinəddin Zidan isə hələlik istefa vermək barədə düşünmədiyini açıqlayıb. Bu halda, ehtiyac yaranarsa, rəhbərlik özü fransalı mütəxəssisi qovmalı olacaq.

Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib. O, 2018/2019 mövsümündə London təmsilçisini Çempionlar Liqasının finalına yüksəldib.

Murad Şahməmmədov