“Fənərbaxça”dan öz meydanında “Beşiktaş”a şok məğlubiyyət

“Fənərbaxça”dan öz meydanında “Beşiktaş”a şok məğlubiyyət

30 Noyabr 2020 10:15
619
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Super Liqasında turun mərkəzi qarşılaşması, İstanbul derbisi baş tutub.

Oxuməni.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Beşiktaş"ı qəbul edib. 7 qolun vurulduğu qarşılaşmada qonaqlar 4:3 hesablı qələbəyə seviniblər. "Beşiktaş" matçın 50-ci dəqiqəsində meydanda bir nəfər azlıqda qalıb. Buna baxmayaraq onlar 15 ildən sonra səfərdə "Fənərbaxçanı məğlub etməyi bacarıblar.

Qeyd edək ki, maraqlı məqam ondan ibarətdir ki, 2005-ci ildə "Beşiktaş"ın səfərdə qazandığı son qələbəsi ilə bitən matçda da 3:4 hesabı qeydə alınmışdı.

Türkiyə Super Liqası

“Fənərbaxça” – “Beşiktaş” – 3:4

Qollar: Sisse, 34, Tufan, 68, 90+7 (pen.) - Abubakar, 4, 20, Uysal, 53, Nsakala, 88

Həmid