Neymar İbrahimoviçin rekordunu qırdı

Neymar İbrahimoviçin rekordunu qırdı

29 Noyabr 2020 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

PSJ-nin futbolçusu Neymar yeni rekorda imza atıb.

Oxuməni.az xəbər verir ki, o, buna Fransa Liqasının 12-ci turunda keçirilən "Bordo" ilə matçda (2:2) buna nail olub. Sözügedən görüşdə bir qol vuran 28 yaşlı hücumçu ölkə çempionatında vurduğu qolların sayını 50-yə çatdırıb. Bununla da braziliyalı oyunçu Paris təmsilçisində 50 qol səddinə ən tez çatan (58 matç) futbolçu olub.

Neymar bu göstəricidə Zlatan İbrahimoviçin rekordunu (59 oyun) qırıb.