"Yuventus" türkiyəli futbolçunun transferi üçün danışıqlara başladı

"Yuventus" türkiyəli futbolçunun transferi üçün danışıqlara başladı

28 Noyabr 2020 14:47
741
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın "Yuventus" klubu Almaniya "Şalke"sində çıxış edən Ozan Kabakın transferi ilə bağlı danışıqlara start verib.

Oxuməni.az xəbər verir ki, Turin təmsilçisi 20 yaşlı müdafiəçini heyətinə cəlb etmək istəyir.

Türkiyə millisinin üzvü ilə İngiltərənin "Liverpul" klubu da maraqlanır.

Qeyd edək ki, Ozan Kabak 2019-cu ilin yayında "Qalatasaray"dan "Şalke"yə keçib. "Yuventus"da Türkiyə millisinin daha bir futbolçusu Merih Demiral da çıxış edir.

Oxuməni.az