Yığmamızın üzvü Türkiyədə koronavirusa yoluxdu

Yığmamızın üzvü Türkiyədə koronavirusa yoluxdu

28 Noyabr 2020 11:34
606
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Oxuməni.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” doğma meydanda “Kahramanmaraşspor”la qarşılaşıb

Üç qolun qeydə alındığı matçda sevinən tərəf Bolu təmsilçisi olub. 2:1 hesablı qələbə “Boluspor”u növbəti mərhələyə daşıyıb.

Araz bu görüşün iştirakçısı olmayıb. Əksər komanda yoldaşları kimi, onda da koronavirusa simptomları aşkarlanıb.

Abdullayevin sonuncu çempionat matçında da forma geyinməməsinin və millinin toplanışına dəvət almamasının səbəbi də budur.

Oxuməni.az