Dieqo Maradona vəfat edib

Dieqo Maradona vəfat edib

25 Noyabr 2020 19:45
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol əfsanəsi Dieqo Maradona vəfat edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi 60 yaşında dünyasını dəyişib.

Cənubi amerikalının ölümünə ürək dayanması səbəb olub.

Maradona futbolçu karyerası ərzində əsasən “Barselona” (1982-84) və “Napoli”də (1984-91) oynaması ilə tanınıb. Argentina millisinin kapitanı olan əfsanə 1986-cı dünya çempionu, 4 il sonra vitse-çempionu adına yiyələnib. Neapol klubu ilə iki dəfə İtaliya çempionu adını qazanan Maradona narkotiklə bağlı qalmaqallar, həmçinin DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu qolla da diqqət mərkəzində olub.

Qeyd edək ki, karyerasını 1997-ci ildə “Boka Xuniors”da başa vuran Maradona “Tekstil Mandiyu”, “Rasinq”, Argentina millisi, “Əl-Vəsl”, “Əl-Fuceyra”, “Dorados” və “Ximnasiya və Esqrima” klublarını çalışdırıb.

Oxumeni.az