"Çelsi", "Sevilya", "Barselona" və "Yuventus" 1/8 finala vəsiqəni əldə edib

"Çelsi", "Sevilya", "Barselona" və "Yuventus" 1/8 finala vəsiqəni əldə edib

25 Noyabr 2020 08:47
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ilk oyunlarına start verilib.

Oxuməni.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 matç keçirilib.

E qrupunda "Çelsi" səfərdə “Renn”ə, "Sevilya" isə “Krasnodar”a 2:1 hesabı ilə qalib gəlib. G qrupunda "Barselona" “Dinamo”nu 4:0, “Yuventus” isə “Ferensvaroş”u 2:1 hesabı ilə məğlub edib.

Türkiyənin yeganə təmsilçisi "Başakşəhər" isə ötən tur öz meydanında 2:1 hesabı ilə yendiyi "Mançester Yunayted"lə bu dəfə səfərdə qarşılaşıb. Görüş "qırmızı şeytanlar"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:1.

Beləliklə, qrupda ilk iki yerdən birini özü üçün təmin edən "Çelsi", "Sevilya", "Barselona" və "Yuventus" 1/8 finala vəsiqəni əldə edib.

Oxuməni.az