Serbiya Rusiya yığma komandasını darmadağın edib: 5:0 hesablı qələbə

Serbiya Rusiya yığma komandasını darmadağın edib: 5:0 hesablı qələbə

19 Noyabr 2020 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Avropa Liqasında çıxış edən Rusiya yığması növbəti dəfə məğlub olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, şimal qonşumuz Serbiya millisi qarşısında aciz qalıb. Belə ki, serblər Rusiya millisinin qapısına 5 cavabsız qol vurub. Hesabı 10-cu dəqiqədə Nemanya Radoniç açıb. 25-cı dəqiqədə Luka Yoviç, 40-cı dəqiqədə isə Duşan Vlaxoviç fərqlənib. Birinci hissənin sonunda Rusiya qapısında daha bir qol görüb. Luka Yoviç 46-cı dəqiqədə dubla imza atıb. İkinci hissənin əvvəlində Filip Mladenoviç komandasının beşinci qolunu vurub. Bu hesab oyunun sonuna kimi dəyişməyib. Hesab daha böyük ola bilərdi, amma serblər rusların biabırçı məğlubiyyətini istəməyərək azı 2-3 dəfə 100 faizli qol vəziyyətlərindən istifadə etməyiblər. Bununla da onlar ruslara münasibətdə alicənablıq nümayiş etdiriblər.

Qeyd edək ki, bundan əvvəl Rusiya millisi Türkiyə yığmasına 2:3 hesabı ilə məğlub olub.

Oxuməni.az