Ramos karyerasını "Real Madrid"də başa vurmaq istəyir

Ramos karyerasını "Real Madrid"də başa vurmaq istəyir

17 Noyabr 2020 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya "Real Madrid"inin kapitanı Serxio Ramos komandada qala bilər.

Oxuməni.az xəbər verir ki. 34 yaşlı müdafiəçi karyerasını "kral klubu"nda başa vurmaq istəyir.

İspaniyalı oyunçu Madrid təmsilçisi ilə 2021-ci ilin yayınadək olan müqaviləsinin müddətini daha 2 il uzatmaq niyyətindədir. Klubun prezidenti Florentino Peres isə ona 1+1 illik sözləşmə təklif edilməsinin tərəfdarıdır.

Daha əvvəl Fransanın PSJ, İtaliyanın "Yuventus", İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti" klublarının təcrübəli futbolçunun xidmətində maraqlı olduğu bildirilib.

Qeyd edək ki, cari mövsüm "Real Madrid"in heyətində 10 oyunda meydana çıxan Serxio Ramos 3 qol vurub.

Oxuməni.az