Neymar əvvəlkitək "Barselona" dan 43,6 milyon avro tələb edir

Neymar əvvəlkitək "Barselona" dan 43,6 milyon avro tələb edir

13 Noyabr 2020 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

PSJ-nin hücumçusu Neymar məhkəmənin onun haqqında çıxardığı qərara etiraz edib və o, əvvəlki kimi"Barselona"dan bonusların ödənilməsinə nail olmaq niyyətindədir.

Oxuməni.az Marca-ya istinadən xəbər verir ki, braziliyalı yenə də Kataloniya klubundan 43,6 milyon avro tələb edir. Belə ki, Kataloniya klubu Neymar müqaviləni pozaraq PSJ-ıə keçdiyi üçün ona çatacaq mükafatı verməkdən imtina edib. Amma bununla bağlı məhkəmə tərəfindən Neymarın keçmiş klubuna qarşı qaldırdığı iddia rədd edilib.

Bundan əlavə, Neymar məhkəmənin qərarı ilə "Barselona"ya 6,7 milyon avro ödəməli olacaq. Amma braziliyalının vəkilləri bu qərara etiraz ediblər və onlar bununla bağlı Apelyasiya məhkəməsində yenidən məsələ qaldıracaqlar.

Oxuməni.az