Azərbaycan – Monteneqro matçını Sergey İvanov idarə edəcək

Azərbaycan – Monteneqro matçını Sergey İvanov idarə edəcək

11 Noyabr 14:56
507
Bəyəndim (0) Bəyənmədim (0)

Millətlər Liqasının V turunun ilk təyinatları açıqlanıb.

Oxuməni.az xəbər verir ki, noyabrın 14-də keçiriləcək Azərbaycan – Monteneqro matçını idarə edəcək hakimlər müəyyənləşib.

UEFA Xorvatiyanın Zapreşiç şəhərində baş tutacaq qarşılaşmaya Rusiyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Oyunun baş hakimi Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçev və Valeri Dençenko köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Qeyd edək ki, “İvan Lalyak-İviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Oxuməni.az