İngiltərə derbisində qalib müəyyənləşməyib

İngiltərə derbisində qalib müəyyənləşməyib

9 Noyabr 2020 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Premyer Liqasının 8-ci turunun mərkəzi oyununda “Liverpul” səfərdə “Mançester Siti” ilə heç-heçə edib.

Oxuməni.az xəbər verir ki, "Etihad Stadium"da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Məhəmməd Salahın penaltidən qoluna "şəhərlilər" Qabriel Jesusun dəqiq zərbəsi ilə cavab veriblər.

"Liverpul" 17 xal toplayaraq, turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 12 xalı olan "Siti" 11-ci yerdədir.

"Qırmızılar" növbəti turda noyabrın 21-də öz meydanlarında “Lester”i qəbul edəcəklər. "Mançester Siti"ni isə həmin gün səfərdə "Tottenhem"lə qarşılaşma gözləyir.

Oxuməni.az