İngiltərə Premyer Liqasının yeni lideri müəyyənləşdi

İngiltərə Premyer Liqasının yeni lideri müəyyənləşdi

7 Noyabr 2020 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Premyer Liqasının 8-ci turunda "Sautqempton" "Nyukasl Yunayted"i qəbul edib.

Oxuməni.az xəbər verir ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 7-ci dəqiqədə “Sautqempton”un hücumçusu Çe Adams açıb. 24 yaşlı ingilis oyunçu Teo Yolkotdan ötürmə alaraq, topu Karl Darlounun qoruduğu qapıya göndərib.

Oyunda yekun hesabı şotlandiyalı Stuart Armstronq müəyyənləşdirib. 28 yaşlı yarımmüdafiəçi rəqib komandanın oyunçusunun səhvindən bəhrələnərək, sol küncü dəqiq nişan alıb.

"Sautqempton" bu nəticə sayəsində 16 xal toplayaraq, 1988-ci ildən ilk dəfə İngiltərə Premyer Liqasında liderliyə yüksəlib.

Oxuməni.az