Maradona beyin əməliyyatını uğurla keçirdi

Maradona beyin əməliyyatını uğurla keçirdi

4 Noyabr 17:24
708
Bəyəndim (22) Bəyənmədim (0)

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona beynindən əməliyyat olunub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, xroniki subdural hematoma diaqnozu qoyulan 60 yaşlı futbolçunun əməliyyatı uğurlu keçib. Futbolçunun həkimi Leopoldo Luke Maradonanın durumunun yaxşı olduğunu bildirib.

"1,5 saat əməliyyatdan sonra Diegonun problemini həll etdik. Hər şey yaxşı keçdi, indi o, nəzarət altında qalacaq. Əməliyyat əhəmiyyətli bir mərhələ idi, amma hər şey yaxşı keçdi və Maradona yaxşılaşa bilər", - deyə Lukeyə istinadən jurnalist Canluca Di Marzio öz saytında bildirib.

Maradonanın bir müddət xəstəxanada qalaraq müalicəsini davam etdirəcəyi deyilib. Qeyd edək ki, Maradona noyabrın 2 - də doğum günündən bir neçə gün sonra La Plata şəhərində xəstəxanaya yerləşdirilib. Öz növbəsində köhnə futbolçunun şəxsi həkimi, əfsanəvi futbolçunun xəstəxanaya yerləşdirilməsinin koronavirus və ya narkotik asılılığı ilə əlaqəli olmadığını deyib.

Rüfət