Çempionlar Liqasında "Bavariya", "Liverpul" və "Borussiya" (M) böyük hesabla qalib gəliblər

Çempionlar Liqasında "Bavariya", "Liverpul" və "Borussiya" (M) böyük hesabla qalib gəliblər

4 Noyabr 2020 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasında III turun ilk oyun gününə yekun vurulub.

Oxuməni.az xəbər verir ki, gecənin 8 görüşündə qapılara ümumilikdə 35 qol vurulub. Matçlardan 5-i darmadağınla yekunlaşıb.

A qrupunda yarışın son qalibi Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"u 6:2 hesabı ilə yenərək, 9 xalla liderliyini davam etdirib. Qalib komandanın qollarından 2-ni Robert Levandovski vurub. Qrupun digər görüşündə "Lokomotiv" Rusiyada İspaniya "Atletiko"su ilə heç-heçə edib - 1:1.

B qrupunda "Real Madrid" ilk qələbəsini İspaniyada İtaliya "İnter"i üzərində qazanıb - 3:2. Qrupun digər oyununda "Şaxtyor" Ukraynada Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasına 0:6 hesabı ilə uduzaraq, ilk məğlubiyyətlə üzləşib və liderliyini əldən verib.

C qrupunun hər iki görüşü eyni hesabla yekunlaşıb. "Mançester Siti" İngiltərədə Yunanıstan "Olimpiakos"unu, "Portu" isə Portuqaliyada Fransa "Marsel"ini darmadağın edib - 3:0.

D qrupunda isə "Midtüllann" Danimarkada "Ayaks"a 1:2 hesabı ilə uduzaraq, ardıcıl üçüncü məğlubiyyətini alıb. İngiltərə "Liverpul"u isə İtaliyada "Atalanta"nı darmadağın edib - 5:0.

Həmid