"Atletiko" "Valensiya"nın yarımmüdafiəçisi Cofrre Kondoqbiyanı transfer edib

"Atletiko" "Valensiya"nın yarımmüdafiəçisi Cofrre Kondoqbiyanı transfer edib

3 Noyabr 2020 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın "Atletiko" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Oxuməni.az xəbər verir ki, Madrid təmsilçisi "Valensiya"nın yarımmüdafiəçisi Cofrre Kondoqbiyanı transfer edib.

"Atletiko" bu keçid üçün qarşı tərəfə 15 milyon avro təzminat ödəyəcək. 27 yaşlı Afrika əsilli fransalı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Coffre Kondoqbiya 2017-ci ildən "Valensiya"da çıxış edirdi.

Oxuməni.az