“Sivasspor”-“Qarabağ” oyunu Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb

“Sivasspor”-“Qarabağ” oyunu Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb

3 Noyabr 2020 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Avropa Liqasının üçüncü turu çərçivəsində keçiriləcək “Sivasspor”-“Qarabağ” oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Oxuməni.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Joau Pinyeyruya yan xətt hakimləri Tyaqu Joze Pereyra Coşta və Pedru Ribeyru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.

Matçın hakim-inspektoru bolqarıstanlı Georgi Yordanov, UEFA nümayəndəsi isə gürcüstanlı Nikoloz Jqarkava olacaqlar.

Qeyd edək ki, noyabrın 5-də Sivasdakı “Yeni 4 Eylül” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Rüfət