Ronaldo Nurməhəmmədovu alqışladı: "Təbrik edirəm, qardaş! Sənin atan səninlə fəxr edərdi"

Ronaldo Nurməhəmmədovu alqışladı: "Təbrik edirəm, qardaş! Sənin atan səninlə fəxr edərdi"

25 Oktyabr 2020 10:50
Bəyəndim (1) Bəyənmədim (0)

Turin "Yuventus"unun və Portuqaliya yığmasının futbolçusu Kriştian Ronaldo Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu amerikalı Castin Qetji üzərində qələbə çalması münasibətilə təbrik edib.

Oxuməni.az xəbər verir ki, bu barədə futbolçu özünün “Instagram“dakı səhifəsində yazıb.

"Təbrik edirəm, qardaş! Sənin atan səninlə fəxr edərdi", - deyə o yazıb.

Xatırladaq ki, təkbətək döyüş ikinci raundda Nurməhəmmədovun vaxtından əvvəl boğucu fəndlə qalib gəlməsi ilə qurtarıb.

Rusiyalı üçün bu qələbə atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk, peşəkar karyerasında isə ardıcıl 29-cu qələbə olub.

H.Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.

Oxuməni.az