"Axmat " klubu hakimın onların əməkdaşı tərəfindən döyülmədiyini bildirib

"Axmat " klubu hakimın onların əməkdaşı tərəfindən döyülmədiyini bildirib

24 Oktyabr 2020 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

"Axmat" futbol klubunun nümayəndələri hakimə hücuma görə zərərçəkmişdən üzr istəyiblər. Daha öncə bildirilirdi ki, gənclər arasında Rusiya birinciliy çərçivəsində keçirilən "Axmat" -"Spartak" matçından sonra hakimin üzərinə hücum edilib.

Oxuməni.az radiokp.ru-ya istinadən xəbər verir ki, baş hakim Boqdan Qolovkonun qasıq nahiyəsinə və gövdəsinə bir neçə zərbə vurublar. Sonradan klubdan bildiriblər ki, bunu meydana girən azarkeş edib.

"Biz rəsmi şəxslər azarkeşlər tərəfindən belə hadisənin baş verməsini qınayırıq.. Klubdaxili araşdırma aparacağıq. Azarkeşin meydana çıxışına imkan verən təqsirkar əməkdaşlar cəzalandırılacaqlar. Matçın baş hakimi Qolovko Boqdan və matçda iştirak edən azarkeşlərdən üzr istəyirik", - deyə məlumatda qeyd olunur.

Buna baxmayaraq," RBK "Agentliyi" Telegram " kanalına istinadən xəbər verir ki, hakimə Ramzan Kadırovun idmana dair məsləhətçisi Haydar Alxanovun oğlu Said-Hüseyn Alxanov hücum edib.

Daha əvvəl Serb tennisçisi Novak Cokoviç qeyri-ciddi davranışa görə diskvalifikasiya edilmişdi. Cokoviç birinci seti uduzmasına çox emosional reaksiya vermişdi. O tennis topuna güclü zərbə endirmiş və nəticədə yan xətt hakimi zədə almışdı.

Oxuməni.az