Massimilano Alleqri İngiltərənin "Çelsi" komandasına rəhbərlik edə bilər

Massimilano Alleqri İngiltərənin "Çelsi" komandasına rəhbərlik edə bilər

20 Oktyabr 2020 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya "Yuventus"unun sabiq baş məşqçisi Massimilano Alleqri İngiltərənin "Çelsi" komandasına rəhbərlik edə bilər.

57 yaşlı mütəxəssisin Frank Lempardı əvəzləyəcəyi gözlənilir. London təmsilçisinin rəhbərliyi komandanın nəticələrindən məyusdur.

"Zadəganlar" yay transfer dönəmində bahalı futbolçular transfer etsə də, Premyer Liqada 5 oyunda cəmi 2 qələbə əldə edə bilib. Hazırda "Çelsi" Premyer Liqada 8 xalla 8-ci pillədədir. Komanda bu gün Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyununda İspaniya "Sevilya"sını qəbul edəcək.

Qeyd edək ki, Massimilano Alleqri "Yuventus"da 2014 - 2019-cü illərdə işləyib. O, Turin təmsilçisi ilə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kuboku və 2 dəfə Superkubok qazanıb.

Oxuməni.az