"Liverpul" transferə 800 milyon xərcləyib

"Liverpul" transferə 800 milyon xərcləyib

15 Oktyabr 2020 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

“Liverpul”un son 10 ildə transferlərə xərclədiyi pulun miqdarı açıqlanıb.

“Mersisaydlılar” bu müddətdə yeni oyunçuların alınmasına 800 milyon funt sterliq (təxminən 680 milyon avro) sərf edib.

Bundan əlavə İngiltərə təmsilçisinin aldığı ən bahalı 5 oyunçunun da adı açıqlanıb.

Birinci yerdə “Sauthempton”dan transfer edilən Vircil van Deyk qərarlaşıb- 75 milyon avro. Premyer Liqa klubunun “Roma”dan 65 milyon avroya aldığı Alisson Beker ikincidir. İlk üçlüyü İtaliya təmsilçisindən “Liverpul”a keçən Məhəmməd Salah qapayır- 36,9 milyon avro.

"Liverpul"un ən bahalı 5 transferi:

1. Van Deyk (“Sautempton” – 75)
2. Alisson Peker (“Roma” -65).
3. Muhammed Salah ( “Roma” – 36,9)
4. Sadio Mane (“Sautempton” – 30)
5. Roberto Firminyo (“Hoffenhaym” – 29)

Qeyd edək ki, Yurgen Kloppun baş məşqçilik etdiyi komanda ötən il 30 il sonra Premyer Liqa çempionluğunu qazanıb.

Oxuməni.az