Ulduz futbolçu karyerasını ABŞ-da davam etdirmək istəyir

Ulduz futbolçu karyerasını ABŞ-da davam etdirmək istəyir

15 Oktyabr 2020 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Radamel Falkao qış fasiləsində komandasını dəyişməyə hazırlaşır.

Ulduz futbolçu karyerasını ABŞ-da davam etdirməyə yaxındır.

Kolumbiya millisinin üzvü MLS klubu “İnter Mayami” ilə danışıqlara başlayıb. 34 yaşlı forvardın cari mövsümdəki çıxışından məmnun qalmayan “cim-bom” da bu transferin əleyhinə deyil. Mövsümlərarası fasilədə koronavirus pandemiyası və həyat yoldaşının hamilə olması səbəbindən “İnter Mayami”yə “yox” cavabını verən Falkao amerikalıların növbəti təklifini dəyərləndirməyə başlayıb.

Yüksək məbləğdə maaşını və transferdən qazanılacaq məbləği nəzərə alan İstanbul təmsilçisi əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu ABŞ klubundan rəsmi təklif gözləyir.

Qeyd edək ki, Radamel Falkaonun “Qalatasaray”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Oxuməni.az