Xosep Bartomeu vaxtından əvvəl postundan uzaqlaşdırıla bilər

Xosep Bartomeu vaxtından əvvəl postundan uzaqlaşdırıla bilər

7 Oktyabr 2020 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Bartomeu vaxtından əvvəl postundan uzaqlaşdırıla bilər.

Klubun üzvləri arasında aparılan etimadsızlıq sorğusunda Bartomeunun əleyhinə tələb olunan sayda səs yığılıb.

Xordi Farrenin təşəbbüsü ilə başladılan səsvermədə 20 min 687 nəfər prezidentin ayrılmasını istəyib ki, onlardan 16 min 521-nin səsi qeydə alınıb. Bu da etimadsızlığın qəbul olunması üçün kifayət edib. Klubun idarə heyətinin bu üzdən növbədənkənar iclası olacaq və Bartomeunun postunda qalıb-qalmayacağı səsvermə ilə müəyyənləşdiriləcək.

İddialara görə, Bartomeu qovulmamaq üçün özü istefa verməyi planlaşdırır.

Qeyd edək ki, Xosep Bartomeunun prezidentlik müddəti 2021-ci ilin martına qədərdir.

Oxuməni.az