Nəriman Abbasov  yüngül çəkidə çempionluq titulunu qoruyub

Nəriman Abbasov yüngül çəkidə çempionluq titulunu qoruyub

26 Sentyabr 2020 07:01
Bəyəndim (2) Bəyənmədim (0)

Moskvada keçirilən "Fight Nights 98" yarışında Azərbaycan döyüşçüsü Nəriman Abbasov gürcü rəqibi Mixail Qoqitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.

Oxuməni.az xəbər verir ki, Abbasov birinci raundda üstünlük qazanıb və döyüşün sonunda rəqibini nokdauna göndərməyə yaxın olub. Lakin döyüşün taleyi ikinci raundda bəlli olub. Abbasov boğma fəndindən istifadə edərək, rəqibi üzərində ikinci qələbəsini qazanıb.

Beləliklə, Nəriman Abbasov peşəkar karyerasında 25-ci döyüşü udub. Mixail Qoqitidze isə yeddinci dəfə məğlub olub.

Oxuməni.az