"Bavariya"  "Seviliya"nı məğlub edərək UEFA Superkubokunu qazanıb

"Bavariya" "Seviliya"nı məğlub edərək UEFA Superkubokunu qazanıb

25 Sentyabr 2020 09:48
Bəyəndim (1) Bəyənmədim (0)

UEFA Superkuboku uğrunda bu ilin ən yadda qalan oyunlarından biri keçirilib.

Oxuməni.az-ın sports.ru-ya istinadən verdiyi xəbərə görə, bu dəfə UEFA Superkuboku uğrunda oyun Çempionlar Liqasının builki qalibi "Bavariya" ilə son Avropa Liqasını qazanan "Sevilya"arasında keçirilib. Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilən görüşün əsas vaxtında qalib müəyyənləşməyib və oyun 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün təyin edilən əlavə vaxtda "Bavariya" rəqib qapısından daha bir top keçirərək tarixində 2-ci dəfə Superkubokun sahibi olub. Superkubok oyununu izləmək üçün azarkeşlərin yalnız 30 faizi stadiona buraxılıb.

"Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) - 2:1
Qollar: Okampos, 13-pen (0:1), Qoretska, 34 (1:1), Martines, 104 (2:1)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. "Ferents Puşkaş" stadionu

Oxuməni.az