Suares rəsmi olaraq "Barselona" dan "Atletiko" ya transfer olunub

Suares rəsmi olaraq "Barselona" dan "Atletiko" ya transfer olunub

24 Sentyabr 2020 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Suares rəsmi olaraq "Barselona" dan "Atletiko" ya transfer olunub.

Oxuməni.az-ın sports.-ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Barselona" nın rəsmi saytında məlumat verilib.

"Barselona" işinə sadiqliyinə görə Luis Suaresə səmimi təşəkkürünü bildirir və gələcəkdə ona böyük uğurlar arzulayır", — deyə məlumatda bildirilir.

"Atletiko" 33 yaşlı futbolçunun transferinə görə Kataloniya klubuna 6 milyon avro və müxtəlif bonuslar ödəyəcək.

Suares 2014-cü ildən "Barselona" klubunda çıxış edib. Ümumilikdə, o katalonluların heyətində 283 matç keçirib. Bu matçlarda Suares rəqib qapılarına 198 top vurub və 109 qolla nəticələnən ötürmə verib. Suares "Barselona" ilə birlikdə Çempionlar Liqasının qalibi olub, İspaniya çempionatında və ölkə kubokunda dörd dəfə qələbəni bayram edib.

Oxuməni.az