Vensan Abubakar yenidən "Beşiktaş"da oynayacaq

Vensan Abubakar yenidən "Beşiktaş"da oynayacaq

24 Sentyabr 09:24
623
Bəyəndim (2) Bəyənmədim (0)

Türkiyənin "Beşiktaş" klubu sabiq futbolçusu Vensan Abubakarı yenidən heyətinə qatır

Oxuməni.az xəbər verir ki, 28 yaşlı hücumçu "qartallar"la müqavilə bağlamaq üçün artıq Türkiyədədir.

Qanalı forvard tibbi müayinədən keçdikdən sonra 1+1 illik sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, Vensan Abubakar müqavilə üzrə məxsus olduğu Portuqaliya "Portu"su ilə sözləşməsini ləğv edəcək. O, "Beşiktaş"da 2016/2017 mövsümündə də oynayıb.

Oxuməni.az