"Qarabağ"ın rəqibi  “Legiya” (Polşa) - “Drita” (Kosovo) qarşılaşmasının qalibi olacaq

"Qarabağ"ın rəqibi “Legiya” (Polşa) - “Drita” (Kosovo) qarşılaşmasının qalibi olacaq

18 Sentyabr 2020 16:36
Bəyəndim (3) Bəyənmədim (0)

Sentyabrın 18-də UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsinin püşkü atılıb.

Oxuməni.az xəbər verir ki, püşkün nəticəsində “Qarabağ” klubunun pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib. Ağdamlılar “Legiya” (Polşa) - “Drita” (Kosovo) qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları sentyabrın 24-də, pley-off matçları isə oktyabrın 1-də keçiriləcək.

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə görüşdə 11 metrlik cərimə zərbələri seriyasında uduzduğu üçün mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Anar

Oxuməni.az