UEFA Çempionlar Liqasının topu ictimaiyyətə təqdim olunub

UEFA Çempionlar Liqasının topu ictimaiyyətə təqdim olunub

15 Sentyabr 11:29
1 118
Bəyəndim (2) Bəyənmədim (0)

Futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümündə istifadə olunacaq top ictimaiyyətə təqdim edilib.

Oxuməni.az xəbər verir ki, “Adidas” şirkətinə məxsus olan “Finale 20” adlı topun üzərində qırmızı və göy rənglər yer alıb. Top ilk dəfə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu həftə keçiriləcək oyunlarda istifadə olunacaq.

Turnirin qrup mərhələsinin oyunları oktyabrın 20-də, final görüşü isə 2021-ci ilin mayın 29-da İstanbulda oynanılacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” sentyabrın 16-da “AEK Arena”da Norveçin “Molde” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Rüfət

Oxuməni.az