"Qalatasaray" doğma meydanda "Qaziantep"i məğlub edib

"Qalatasaray" doğma meydanda "Qaziantep"i məğlub edib

13 Sentyabr 09:50
1 003
Bəyəndim (1) Bəyənmədim (0)

Futbol üzrə Türkiyə çempionatının birinci turunun ikinci oyun günündə "Qalatasaray" doğma meydanda "Qaziantep"i qəbul edib.

Oxuməni.az xəbər verir ki, "Türk Telekom" stadionunda keçirilən görüşə meydan sahibləri fəal başlayıblar. Qarşılaşmanın 8-ci dəqiqəsində İstanbul təmsilçisinin hücumçusu Radamel Falkao hesabı açıb. İstanbullular matçın 28-ci və 40-cı dəqiqələrində fərqlənərək komandalarının qələbəsini rəsmiləşdiriblər. "Qalatasaray"ın qollarını Emre Kılınç və Radamel Falkao vurub. "Qaziantep" vurulan qollardan birinin əvəzini çıxsada məğlubiyyətdən xilas ola bilməyiblər.

Beləliklə, "Qalatasaray" Türkiyə çempionatının birinci turuna qələbə ilə başlayıb.

Yeni mövsümdə Superliqada 21 komanda yarışır. Birinci turda "Konyaspor" istirahət edir.

Turun digər oyunlarında "Fatih Karagümrük" doğma meydanda "Yeni Malatyaspor"un qapısından üç cavabsız qol keçirib. "Sivasspor" isə öz meydanında "Alanyaspor"a iki cavabsız qolla uduzub. "Göztəpə" isə "Dənizlispor"u 5:1 hesabı ilə darmadağın edib.

Turun digər matçları sentyabrın 13-də "Ankaragücü" - "Ərzurumspor", "Kayserispor" - "Kasımpaşa", "Antalyaspor" – "Gənclərbirliyi" və "Trabzonspor" –"Beşiktaş" görüşləri oynanılacaq. Tura "Hatayspor" – "Başakşəhər" matçı ilə yekun vurulacaq.

Oxuməni.az