“Qarabağ" klubu səfərdə “Keşlə”nin müqavimətini qıra bilməyib

“Qarabağ" klubu səfərdə “Keşlə”nin müqavimətini qıra bilməyib

12 Sentyabr 2020 07:19
Bəyəndim (1) Bəyənmədim (0)

Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.

Oxuməni.az xəbər verir ki, turun ilk oyun gününün ikinci matçında son çempion “Qarabağ" klubu səfərdə “Keşlə”nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Qarabağ” liderliyini qoruyub. Eyni xala malik “Keşlə” isə 2-ci pillədə qərarlaşıb.

Günün digər oyununda “Neftçi” öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sentyabrın 12-də keçiriləcək “Səbail”- “Zirə” və sentyabrın 13-də baş tutacaq “Sabah” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.

Oxuməni.az