"Çelsi" Fransanın “Renn” klubunun qapıçısı Eduard Mendini heyətinə qatıb

"Çelsi" Fransanın “Renn” klubunun qapıçısı Eduard Mendini heyətinə qatıb

8 Sentyabr 2020 15:32
Bəyəndim (2) Bəyənmədim (0)

İngiltərənin “Çelsi” futbol klubu heyətini gücləndirməkdə davam edir.

Oxuməni.az xəbər verir ki, London təmsilçisi Fransanın “Renn” klubunun qapıçısı Eduard Mendini heyətinə qatıb.

İyirmi səkkiz yaşlı qolkiperlə dördillik razılıq əldə olunub. Klub Seneqal millisinin üzvünün keçidi üçün 18,2 milyon funt sterlinq təzminat ödəməyi qəbul edib.

Qeyd edək ki, Eduard ötən mövsüm Liqa 1-də keçirdiyi 24 oyunda 19 top buraxıb, 9 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Oxuməni.az