"Barselona" baş məşqçi Kike Setyenlə yollarını ayırıb

"Barselona" baş məşqçi Kike Setyenlə yollarını ayırıb

15 Avqust 12:27
4 370
Bəyəndim (2) Bəyənmədim (0)

"Barselona" baş məşqçi Kike Setyeni istefaya göndərib.

Oxuməni.az-ın məlumatına görə, bu iddia ilə İspaniya mətbuatı çıxış edib.

İstefaya səbəb komandanın 2019/20 mövsümünü titulsuz başa vurması göstərilib. Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya böyükhesablı məğlubiyyət (2:8) rəhbərliyin səbir kasasını daşırıb. Bu üzdən kataloniyalıların 61 yaşlı mütəxəssisi qovmaq qərarına gəldiyi bildirilib. Tezliklə qərar elan ediləcək və "Barsa"nı növbəti mövsüm başqa mütəxəssis çalışdıracaq.

Qeyd edək ki, "Bavariya" ilə qarşılaşmadan sonra klub prezidenti Xosep Bartomeu ciddi dəyişikliklər ediləcəyini bildirib.

Oxuməni.az