Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub

25 Aprel 2011 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Unibank Premyer Liqasında XXVIII tura yekun vurulub. Hesabat turunun nəticələri bir neçə komandanın taleyinə aydınlıq gətirib.


Sonuncu oyunda AZAL "Xəzər Lənkəran"a böyük hesabla uduzaraq, çempionluq şanslarını tam itirib. İndi bu komanda ən yaxşı halda gümüş medallara iddia edə bilər.


Qızıl medalın isə 3 komandadan birinə - ya Neftçi, ya Xəzər Lənkəran, ya da Qarabağa qismət olacağı dəqiqləşib. Bu komandalardan "Neftçi" xeyli şanslı görünür. Flaqman sona 4 tur qalmış ən yaxın izləyicisi Xəzər Lənkəranı 8, üçüncü pillədəki Qarabağı isə 9 xal qabaqlayır.


Qarşıdakı oyunların nəticələrindən asılı olmayaraq, "Neftçi" Avropa kuboklarına vəsiqə qazanıb. Sonuncu dəfə "ağ-qaralar" 2008-2009-cu il mövsümündə İntertoto Kubokunda çıxış ediblər.


MOİK isə qarşıdakı 4 turun nəticəsindən asılı olmayaraq, Azərbaycan premyer Liqası ilə rəsmən vidalaşıb.


Nədənsə bizimkilər ancaq evdə çempion olurlar...


Elvin Babayev


O.M.