"Napoli" VAR sayəsində qalib gəldi

"Napoli" VAR sayəsində qalib gəldi

26 İyul 2020 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya A Seriyasında XXXVI turun "Napoli" - "Sassuolo" matçına VAR hakimlərinin qərarlarını damğa vurub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada qonaqların 4 qolu sayılmayıb. Səbəb kimi oyundankənar vəziyyət göstərilib.

Hesabı 8-ci dəqiqədə Elseid Hüsay açıb. Son nöqtəni isə 90+3-cü dəqiqədə Markes Allan qoyub.

Bu qələbədən sonra xalını 59-a çatdıran "Napoli" 7-ci, "Sassuolo" isə 48 xalla 8-ci yerdə qərarlaşıb.

Oxuməni.az