Rusiyalı döyüşçü  müsəlman qardaşları səbəbiylə çempion kəmərindən imtina edib

Rusiyalı döyüşçü müsəlman qardaşları səbəbiylə çempion kəmərindən imtina edib

24 İyul 17:13
7 371
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı qarışıq stil döyüşçüsü (MMA) Rinat Fəxrəddinov müsəlman qardaşları səbəbiylə Gorilla Championship (GFC) çempionluq kəmərindən imtina edib.

Oxuməni.az-ın sportmail.ru-ya istinadən verdiyi xəbərə görə, Fəxrəddinov bildirib ki, dini əqidəyə görə müsəlmanlarla mübarizə aparmır, titul iddiaçıları isə hazırda müsəlmanlar Fəridun Odilov və Dauren Yermekovdur. "Mübarizə döyüşdür, ona hazırlaşmaq lazımdır. Qardaşlarımla belə mübarizə apara bilmərəm, onların üzünə və başqa yerlərinə vurmaq istəmirəm", - deyə o qeyd edib.

Döyüşçü karyerasını bitirmək niyyətində olmadığını da açıqlayıb. "Mən heç bir halda geri dönməyəcəyimi söyləmirəm. Görək, kim çempion olacaq. Mən prinsiplərimi pozmamaq üçün bu kəmərdən imtina etdim".

Oxuməni.az