Azərbaycan London Yay Olimpiadasına 50-ci lisenziyasını qazandı

Azərbaycan London Yay Olimpiadasına 50-ci lisenziyasını qazandı

30 Aprel 2012 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Çelyabinsk şəhərində başa çatan Avropa çempionatından sonra Olimpiadaya vəsiqə qazanan cüdoçularının adları müəyyənləşib. Beynəlxalq Cüdo Federasiyasının (İJF) olimpiya təsnifat cədvəlinə əsasən yığmamız 7 lisenziyaya sahib olub. Bunlar İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli və ya Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadır (63 kq).

İJF-in qaydalarına əsasən Olimpiadada hər çəki dərəcəsində hər ölkə yalnız 1 cüdoçu ilə təmsil oluna bilər. Bunun üçün də 81 kq çəki dərəcəsində Londona ya Olimpiya çempionumuz Elnur Məmmədli, ya da Elxan Rəcəblinin yollanması yaxın günlərdə dəqiqləşəcək.
Daha bir lisenziyanı isə yüngül atlet Layeş Abdullayeva qazanıb. O, buna 5000 metr məsafəyə qaçmaqda nail olub. Abdullayevə bunadək 3000 metr qaçışda lisenziya qazanmışdı. Bununla, ölkəmizin Olimpiadaya qazandığı lisenziyaların sayı 50-yə çatıb.

O.M.