“Xəzər Lənkəran” klubunun 6 xalı bərpa olundu

“Xəzər Lənkəran” klubunun 6 xalı bərpa olundu

26 Aprel 2012 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov bir müddət əvvəl FİFA-nın istəyi ilə AFFA tərəfindən hesabından 6 xal silinən komandasının haqq-ədaləti bərpa etməyə nail olduğunu bildirib: "FİFA-nın İntizam Komitəsi məsələni yenidən araşdıraraq, "Xəzər Lənkəran"ın Romulo Silvanoya ödənişlərin hamısını vaxtında, hətta 3 gün əvvəl etdiyini görüb. 6 xalın silinməsinə heç bir əsasın olmadığını üzə çıxaran FİFA AFFA və klubumuza məktub göndərib. Sənəddə "Xəzər Lənkəran"dan üzr istəyən FİFA 6 xalın geri qaytarılmasının zəruriliyini bildirib. Özünüz bilirsiniz ki, FİFA çox nadir hallarda qərarını dəyişir. "Xəzər Lənkəran" bunda da ilkə imza atıb, ali futbol qurumunun qərarının yanlışlığını qəbul etməyə vadar edib. Bu hansısa vəkilin, hansısa hüquqşünasın deyil, bütün "Xəzər Lənkəran"ın – ağır gündə yanında olan azarkeşlərin, bütün kollektivin qələbəsidir. Bu 6 xalın qaytarılması ilə bağlı klubun yanında olan bütün insanları təbrik edirəm".

"Xəzər Lənkəran" ədaləti bərpa etsə də, 1 müddət psixoloji sarsıntı içində olması üzündən bəzi matçlarda xal itirmişdi. Xüsusilə, "Bakı"ya 1:4 hesablı məğlubiyyətin əsl səbəbi bu idi. Nadirov bu məsələyə də münasibət bildirib: "Biz futbolçulara demişdik ki, bu sizin işiniz deyil. Xalın qaytarılması ilə klub rəhbərliyi məşğul olacaq. Sizin işiniz futbol oynamaqdır. Bu üzdən bunun nəticələrə təsiri olmamalı idi".

O.M.