"Barselona" çempionluğa doğru daha bir addım atıb

"Barselona" çempionluğa doğru daha bir addım atıb

14 İyun 11:46
13 722
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya La Liqasında XXVIII turun mübarizəsi davam edir.

Çempionatın bərpasından sonra baş tutan ilk oyunlar çərçivəsində bu gün 4 görüş keçirilib.

Çempionatın lideri "Barselona" autsayderlər zonasında yer alan "Malyorka"nın qonağı olub. Kataloniya klubu matçın taleyini birinci hissədəcə həll edib. Fasiləyə qədər rəqibi 2 dəfə mərkəzə dəvət edən "Barsa" görüşün son dəqiqələrində daha 2 qolla fərqi 4 qola çatdıraraq, La Liqanın bərpasından sonrakı ilk oyunda darmadağınla qalib gəlib.

Günün digər görüşlərində əsasən turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar meydana çıxıblar.

Qeyd edək ki, tura iyunun 14-də keçiriləcək 3 oyunla ("Atletik" - "Atletiko" (16:00), "Real" - "Eybar" (21:30) və "Real Sosyedad" - "Osasuna" (00:00) yekun vurulacaq.

İspaniya La Liqası
XXVIII tur
13 iyun
"Espanyol" - "Alaves" - 2:0
Bernardo, 45+3; U Li, 47
"Selta" - "Vilyarreal" - 0:1
Trigeros, 90+1
"Leqanes" - "Valyadolid" - 1:2
Oskar, 84 (pen.) - Enes Ünal, 2; Alkaraz, 54
"Malyorka" - "Barselona" - 0:4
Vidal, 2; Braytvayt, 37; Alba, 80, Messi 90+3

Oxuməni.az